Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Suyun təmizlənməsinin yeni üsulu tapılıb
04.10.2019 14:46
  • A-
  • A
  • A+

Suyun təmizlənməsinin yeni üsulu tapılıb

Fionn Ferreira adlı gənc irlandiyalı alim bitki yağını ferromaye ilə qarışdıraraq yağlı maye hazırlayıb. Belə ki, sözügedən qarışığı plastik mikroskopik kütlə hissəcikləri ilə çirklənmiş suya əlavə etdikdən sonra onu maqnit vasitəsiylə təmizləmək mümkün olub.

www.hi-news.ru saytının məlumatına görə, təcrubələr nəticəsində hazırlanan mayenin suyun tərkibində olan plastik tullantıların 88%-ni təmizlədiyi məlum olub.

Qeyd edək ki, gənc dahi 13-18 yaş arası tədqiqatçılar arasında “Google Science Award” elm müsabiqəsində fəal iştirak edib. O, elmi fəaliyyətinin nəticəsi olaraq 12 mükafat alıb.

  • Paylaş: