Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Aşıq musiqisi axşamları” layihəsinin budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub
08.10.2019 09:43
  • A-
  • A
  • A+

“Aşıq musiqisi axşamları” layihəsinin budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub

AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə reallaşan “Aşıq musiqisi axşamları” layihəsinin növbəti konserti oktyabrın 7-də Beynəlxalq Muğam Mərkəzində reallaşıb.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir. “Aşıq musiqisi axşamları”nın budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub.

Musiqili gecədə Gədəbəy, Borçalı, Tovuz, Göyçə, Qazax və Kəlbəcər aşıqları çıxış ediblər.

Qeyd edək ki, Aşıq sənətinin nüfuz qazanması nəticəsində yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəb yaranıb ki, bu məktəblər Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbidir. Aşıq sənəti qərb regionlarında inkişaf edib, ozan ənənəsini qoruyub yaşadıb. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: