Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Kitabxanada “İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb
16.10.2019 13:00
  • A-
  • A
  • A+

Milli Kitabxanada “İsa Həbibbəyli - 70” adlı kitab sərgisi açılıb

Oktyabrın 16-da Milli Kitabxanada müasir Azərbaycan humanitar və ictimai elmi düşüncəsinin nüfuzlu simalarından biri, görkəmli ədəbiyyatşünas alim, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “İsa Həbibbəyli-70” adlı kitab sərgisi açılıb.

Sərgidə akademikin Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitabları, elmi redaktoru, elmi məsləhətçisi və tərtibçi-müəllifi olduğu əsərləri, kitablarda və dövri mətbuatda dərc edilmiş şeirləri, həmçinin alim haqqında yazılmış əsərlər, söylənmiş fikirlər və dövri mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: