Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Nəsiminin əlyazmaları əsasında tələbələrə mənbəşünaslıq və mətnşünaslıq barədə məlumat verilib
22.10.2019 15:49
  • A-
  • A
  • A+

Nəsiminin əlyazmaları əsasında tələbələrə mənbəşünaslıq və mətnşünaslıq barədə məlumat verilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin IV kurs tələbələri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

Tələbələr institutun Ekspozisiya zalı, Elektron resurslar şöbəsi, Əlyazmaların gigiyena və bərpası laboratoriyası ilə tanış olublar.

Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə Nəsiminin əlyazmaları əsasında tələbələrə mənbəşünaslıq və mətnşünaslıq haqqında məlumat verib. O, tələbələrin çoxsaylı suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: