Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.11.2019 10:20
  • A-
  • A
  • A+

Küveyt Milli Kitabxanasında Tarix İnstitutunun nəşrlərinin təqdimatı keçirilib

Küveyt Milli Kitabxanasında Tarix İnstitutunun nəşrlərinin təqdimatı keçirilib

AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Küveyt Milli Kitabxanasının rəisi Şeyxa Raşa Naif Əl-Cabir Əl-Sabah ilə görüşüb.

Y.Mahmudov Azərbaycanda Küveytə böyük sevgi və məhəbbət olduğunu söyləyib, Əndəlus ilə İrəvan xanlığının oxşar taleyi yaşadığını bildirib. Küveytdə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimatının keçirildiyini xatırladan akademik XIX əsrin əvvəllərində çar Rusiyasının işğalı nəticəsində ermənilərin bura köçürüldüyünü, türk-İslam mədəniyyətinin məhv edildiyini söyləyib. Akademik qeyd edib ki, bütün dünyada İslama qarşı hücumların olduğu bir dövrdə müsəlman dünyası birləşməli və İslam mədəniyyəti qorunmalıdır.

Küveyt Milli Kitabxanasının rəisi Şeyx Raşa Nais isə bildirib ki, tezliklə “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının elektron variantı qurumun elektron kataloquna daxil ediləcək, həmçinin nəşr kitabxananın əsas girişindəki sərgidə nümayiş olunacaq.

Görüşdə, o cümlədən Tarix İnstitutu ilə Küveyt Milli Kitabxanası arasında əməkdaşlıq müqaviləsinin imzalanması barədə razılıq əldə edilib.

Daha sonra Tarix İnstitutunun ərəb dilindəki nəşrlərinin - “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası - qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” təqdimatı keçirilib və vəsaitlər kitabxanaya hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: