Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçiriləcək
07.11.2019 16:59
  • A-
  • A
  • A+

“Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçiriləcək

AMEA-nın Şəki Regional Elmi Mərkəzi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialı ilə birlikdə “Mən İmadəddin Nəsimi haqqında nə bilirəm?” adlı esse müsabiqəsi keçirəcək.

Şəki rayonu ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında keçiriləcək müsabiqə onların Nəsimi yaradıcılığına, ədəbiyyatımız və milli-mənəvi dəyərlərimizə, eləcə də elmə maraqlarının artırılması məqsədi daşıyır.

Müsabiqəyə təqdim olunacaq esselər “Nəsimi lirikasında insan”, “Nəsiminin qəzəl yaradıcılığı”, “Nəsimi yaradıcılığında əruz vəznindən istifadə məsələləri”, “Hürufizmin Nəsimi yaradıcılığında əksi”, “Nəsimi yaradıcılığında folklor ünsürləri” və “Nəsimi yaradıcılığı və milli-mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Hər müəllif yalnız bir mövzuda esse yazısı ilə iştirak edə bilər. Esselər Azərbaycan dilində yazılmalı və həcmi 2000 sözdən çox olmamalıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər ad, soyad, atasının adı, təmsil etdiyi sinif və məktəbin adı, eləcə də əlaqə telefonunu noyabrın 20-dək musabiqa.srem@mail.ru elektron poçt ünvanına göndərməklə qeydiyyatdan keçməlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: