Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabının təqdimatı olub
14.11.2019 16:01
  • A-
  • A
  • A+

“Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabının təqdimatı olub

Bakı Slavyan Universitetində (BSU) AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin hazırladığı “Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” adlı kitabın təqdimatı olub.

Tədbirdə Ədəbiyyat İnstitutunun əmək­­daşları, o cümlədən BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının müəllim və tələbələri iştirak ediblər.

Əvvəlcə universitetin Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanı, professor Eldar Piriyev çıxış edərək kitabın ölkə başçısının “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən çap olunduğunu diqqətə çatdırıb.

Sonra Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, eyni zamanda BSU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, professor Tahirə Məmməd çıxış edərək ömrünü Azərbaycan ədəbiyyatşünaslıq elminin aktual problemlərinin tədqiqinə həsr etmiş alimin zəngin yaradıcılığından danışıb. Bildirib ki, rəhbərlik etdiyi şöbədə yerinə yetirilən tədqiqatlar əsasında hazırlanan monoqrafiyada akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığının nəzəri parametrləri, əsasını qoyduğu elmi konsepsiyalar və onların müasir elmi fikir üçün əhəmiyyəti araşdırılıb.

Daha sonra T.Məmmədli “Məmməd Cəfər Cəfərovun yara­dı­cı­lığın­da klas­sik irs, romantizm və linqvopoetika problemi” mövzusunda məruzə ilə çıxış edib.

Mərasimdə Ədəbiyyat nəzəriyyəsi şöbəsinin əməkdaşları - filologiya elmləri doktoru Pərvanə İsayeva, filologiya üzrə fəlsəfə doktorları Simuzər İsmayılovaMaral Yaqubova, elmi işçi Şəfa Əliyeva çıxış edərək “Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” kitabı və Məmməd Cəfərin yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

Tədbirdə ədəbiyyatşünas alimin son dövrlərdə akademik İsa Həbibbəylinin təşəbbüsü ilə üzə çıxarılmış bədii yaradıcılıq nümunələri, onların nəşri barədə də məlumat verilib.

Sonda BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin dekanlığına, Azərbaycan ədəbiyyatı kafedrasına və universitetin kitabxanasına Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən “Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəçisi” monoqra­fiya­sı hədiyyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: