Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb
14.11.2019 16:44
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan “Elmi əsərlər” jurnalının növbəti sayı işıq üzü görüb.

Jurnalın bu sayında “Ədəbiyyatşünaslıq” və “Elmi tədqiqatların informasiya təminatı” bölmələri üzrə elmi məqalələr, institutda keçirilmiş mühüm tədbirlər və əməkdaşların əldə etdiyi yeni elmi nəticələr əksini tapıb.

Nəşrdə ““Qurbani” dastanı və onun variantları”, “Tariximiz böyük ədibin araşdırmalarında”, ““İqdam” qəzetinin nəşri tarixi və strukturunun təhlili”, “Kitabxanaların fəaliyyətində müxtəlif istiqamətli innovasiyaların tətbiqi”, “Milli biblioqrafiyanın yaradılması tarixindən: elmi-nəzəri araşdırma” və digər başlıqlı məqalələr yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: