Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.11.2019 14:54
  • A-
  • A
  • A+

Kataliz üzrə elmi şuranın iclası keçirilib

Kataliz üzrə elmi şuranın iclası keçirilib

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Kataliz üzrə elmi şurasının iclası keçirilib.

İclasda institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı elmi şuraların yaradılmasının respublikada aparılan elmi-tədqiqat işlərinin koordinasiya edilməsi, sahələrarası kompleks elmi-texniki proqramların işlənməsi, fundamental və innovativ tədqiqatların müəyyən edilməsi, elmi, texnoloji və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə tədqiqatların aparılmasının təşkili baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra çıxış edən Kataliz üzrə elmi şuranın sədri, AMEA-nın müxbir üzvü Eldar Zeynalov Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının məqsədi və əsas vəzifələri barədə danışıb.

Daha sonra Kataliz üzrə elmi şuranın katibi, k.ü.f.d. Pəri Muradova və digər çıxış edənlər bildiriblər ki, koordinasiya şurasının fəaliyyəti məqsədyönlü olmalı, kataliz istiqaməti üzrə fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə öz töhfəsini verməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: