Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Qazaxıstanın paytaxtı Nur-Sultanda “Avrasiya tarixi irsi: tarixin hüdudları – köklərdən müasirliyə” mövzusunda keçirilən beynəlxalq elmi konfransda iştirak edib.
Qazaxıstan, Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Ukrayna, Gürcüstan və digər ölkələrin alimlərinin iştirakı ilə keçirilən konfransda M.Qasımlı “Türk dünyası tarixçilərinin əməkdaşlığı: problemlər, mövcud vəziyyət və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.
Azərbaycanlı alimin məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.