Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək
06.12.2019 11:30
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu Almaniyanın Gisen Universiteti ilə əməkdaşlıq edəcək

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə Almaniyanın Justus Libix adına Gisen Universitetinin Coğrafiya Departamenti arasında anlaşma memorandumu imzalanıb.

Memoranduma əsasən, hər iki qurum arasında birgə tədqiqat fəaliyyəti, doktorant və tələbələrin, elmi nəşrlər və məlumatların, eləcə də mühazirə və müzakirələr üzrə heyət üzvlərinin mübadiləsi nəzərdə tutulur.

Sənədi Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və Gisen Universitetinin Coğrafiya Departamentinin rəhbəri Andreas Dittmann imzalayıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: