Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Nailə Vəlixanlı İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansının II Forumunda iştirak edib
09.12.2019 16:47
  • A-
  • A
  • A+

Akademik Nailə Vəlixanlı İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansının II Forumunda iştirak edib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və qurumun elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d., dosent Məhfuzə Zeynalova Çində İpək Yolu Muzeylərinin Beynəlxalq Alyansının (İYMBA) II Forumunda iştirak ediblər.

Çin Milli Muzeyinin təşkilatçılığı ilə keçirilən forumda Çin, Serbiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin muzeylərinin nümayəndələri iştirak ediblər.

Forumun keçirilməsində məqsəd İpək Yolu üzərində yerləşən ölkələrin muzeylərinin fəaliyyətini genişləndirmək və təqdim olunan müvafiq layihələr əsasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Tədbirdə muzey rəhbərləri təmsil etdikləri mədəniyyət ocaqlarının müasir vəziyyəti barədə məlumat verib, layihələrlə bağlı təkliflərini irəli sürüblər.

İYMBA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi muzeyin digər qurumlarla beynəlxalq əlaqələri və  nailiyyətləri haqqında məruzə edib. N.Vəlixanlı muzeyin kolleksiyası, o cümlədən İpək Yoluna dair eksponatlar barədə danışıb. Bildirib ki, 100 yaşını qeyd etməyə hazırlaşan Tarix Muzeyi beynəlxalq əlaqələrini daha da genişləndirərək bir sıra ölkələr, o cümlədən Qazaxıstan, Rusiya və Özbəkistanın muzeyləri ilə əməkdaşlıq qurur.

Tədbirdə, həmçinin muzeylərarası səyyar sərgilərin təşkili, elmi təcrübə və kadr mübadiləsinin aparılması, eksponatların qorunub mühafizə olunması, eləcə də müasir bərpa, konservasiya texnologiyalarının tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: