Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İdarəetmə Sistemləri İnstitutu ilə Gürcüstan universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
10.12.2019 10:18
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu ilə Gürcüstan universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Gürcüstan Texniki Universitetinin (GTU) Nəqliyyat və maşınqayırma kafedrasının professoru Cəmil Qasımov AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda (İSİ) olub.

İSİ-nin direktoru, akademik Telman Əliyevlə görüş zamanı bildirilib ki, C.Qasımov Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisində bilavasitə iştirak edib və koordinator vəzifəsində çalışıb.

Görüşdə, həmçinin Şərq-Qərb nəqliyyat dəhlizində hərəkətin təhlükəsizliyi üzrə birgə aparıla biləcək layihələr, eləcə də GTU ilə İSİ arasında əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda C.Qasımov İSİ-nin həyata keçirdiyi layihələrlə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: