Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb
16.12.2019 09:23
  • A-
  • A
  • A+

“İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən “İstedadların hazırlığı laboratoriyası” III Beynəlxalq Olimpiadanın qalibləri mükafatlandırılıblar.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev mükafatlandırma mərasimində çıxış edərək bildirib ki, 2013-cü ildən başlayaraq hər il respublika səviyyəsində keçirilən olimpiadaya 2017-ci ildə beynəlxalq status verilib. Layihənin məqsəd riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gəncləri aşkar etmək, onların inkişafını stimullaşdıran tədbirlər həyata keçirməkdir. Layihə, həmçinin yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir. 

Nazir müavini "İstedadların hazırlığı laboratoriyası”nın ölkəmizdə onlayn platformada fənn olimpiadalarının təşkili ilə bağlı ilk və yeganə təcrübə olduğunu qeyd edib. Bildirib ki, olimpiadada onlayn olaraq 10 mindən artıq məktəbli iştirak edib. Onların arasından seçilənlər yarışın final mərhələsinə vəsiqə qazanıblar.

Sonda “İstedadların hazırlığı laboratoriyası” Olimpiadasının qaliblərinə mükafatlar təqdim olunub. 

Qeyd edək ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına əsasən, yeniyetmələr və gənclər arasında elmə marağın artırılması, elmə həvəsləndirilməsi məqsədilə həyata keçirilib. Layihə çərçivəsində keçirilən olimpiada onlayn və əyani turlardan ibarət olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: