Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan Memarlıq və İnşaat Universiteti AMEA-nın iki elmi qurumu ilə əməkdaşlıq edəcək
16.01.2020 09:57
  • A-
  • A
  • A+

Azərbaycan Memarlıq və İnşaat Universiteti AMEA-nın iki elmi qurumu ilə əməkdaşlıq edəcək

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AMEA-nın Coğrafiya İnstitutu və Respublika Seysmoloji Xidmət Mərkəzi arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

İmzalanma mərasimində çıxış edən universitetin rektoru, professor Gülçöhrə Məmmədova rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kadr hazırlığını artırmaq, tələbələrin praktiki biliklərini yüksəltmək məqsədilə bir çox elmi təşkilatlar, dövlət qurumları və şirkətlərlə əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Həm Coğrafiya İnstitutunun, həm də Respublika Seysmoloji Xidmət Mərkəzinin işinin inşaat sahəsinə yaxın olduğunu vurğulayan rektor hər iki təşkilatla əlaqələrin qurulmasının faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra çıxış edən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov son illər AzMİU-da elm və təhsilin vəhdəti istiqamətində görülən işləri yüksək qiymətləndirib, bu işlərin praktika da tətbiqinin önəmini qeyd edib.

Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli isə çıxışında inşaat sahəsi ilə seysmologiyanın birbaşa əlaqəsi olduğunu deyib. Yeni binaların tikilməsindən əvvəl həmin ərazilərin seysmikliyinin qiymətləndirilməsinin vacibliyini qeyd edən Q.Yetirmişli Bakı şəhərinin mürəkkəb relyefdə yerləşməsini buna nümunə kimi göstərib.

Daha sonra tərəflər arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: