Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda məruzə edib
16.01.2020 14:52
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev Bolqarıstan Elmlər Akademiyasının Riyaziyyat və İnformatika İnstitutunda məruzə edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, akademik Asəf Hacıyev Bolqarıstanın Riyaziyyat İttifaqının dəvəti ilə Bolqarıstan Elmlər Akademiyasının (BEA) Riyaziyyat və İnformatika İnstitutunda keçirilən konfransda məruzə ilə çıxış edib.

Tədbirə BEA-nın prezidenti, akademik Julian Revalski, Riyaziyyat və İnformatika İnstitutunun direktoru, akademik Veselin Drenski, Bolqarıstan Riyaziyyat İttifaqının sədri, akademik Nikolay Nikolov, həmçinin akademiklər Nikolay Yanev, Peter Kenderov və digərləri qatılıblar.

Asəf Hacıyev məruzəsində akademik Kolmoqorov tərəfindən yaradılmış ehtimal nəzəriyyəsi və riyazi statistika sahəsində əldə olunan son nəticələr, o cümlədən Kolmoqorovun bu istiqamətdə fəaliyyəti haqqında məlumat verib.

Sonda akademik A.Hacıyevə Bolqarıstan Riyaziyyat İttifaqının xüsusi sertifikatı təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: