www.science.az
23.01.2020 17:48

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı sərgi açılıb

Yanvarın 23-də Azərbaycan Milli Kitabxanasında “Azərbaycan Milli Elmlər Akademiyası – 75” adlı kitab sərgisi açılıb.

Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının yaranma tarixindən bəhs edən kitablar, ayrı-ayrı institutlarının nəşrləri, əməkdaşlarının Azərbaycanda və xarici mətbuatda çap edilmiş məqalələri nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.