Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olacaq
24.01.2020 14:52
  • A-
  • A
  • A+

"Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı olacaq

Yanvarın 28-də saat 11:00-da AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Elmi kadrlar” Milli İnformasiya Sisteminin təqdimatı və elmi müəssisələrin vəzifələri ilə bağlı təlim seminarı keçiriləcək.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının elmi işlər üzrə direktor müavinləri, elmi katibləri və Kadrlar şöbələrinin müdirləri iştirak edəcəklər.

Qeyd edək ki, “Elmi kadrlar” Milli İnformasiya Sistemi ölkə Prezidentinin “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: