Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Çətin sağalan yaralar üçün “ağıllı” sarğı hazırlanıb
18.02.2020 14:40
  • A-
  • A
  • A+

Çətin sağalan yaralar üçün “ağıllı” sarğı hazırlanıb

ABŞ-ın Konnektikut Universitetinin alimləri dərmanların birbaşa yaraya yeridilməsi üçün simsiz işləyən “ağıllı” sarğı hazırlayıblar. Sarğı simsiz qoşulma ilə idarə olunan miniatür iynələrlə təchiz edilib.

hightech.plus saytının məlumatına görə, bu texnologiya xroniki və gec sağalan yaraları olan minlərlə insanın həyatını asanlaşdırmağa kömək edəcək. 

Alimlər diabet xəstəliyi olan siçanlar üzərində apardıqları sınaqlar zamanı “ağıllı” sarğı sayəsində onların yaralarının tam sağaldığını müşahidə ediblər. 

“Dərmanların dozasını tənzimləməyin mümkün olduğu sarğını tez-tez dəyişdirməyə ehtiyac yoxdur. Miniatür iynələr minimal invazivliyə malik olduğundan dərmanın tətbiqi ağrıya səbəb olmur”, – deyə işin müəllifi Ali Tamayol bildirib.

  • Paylaş: