Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Vaqif Məcid oğlu Fərzəliyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb
21.02.2020 14:08
  • A-
  • A
  • A+

"Vaqif Məcid oğlu Fərzəliyev. Biobiblioqrafik göstərici” kitabı çapdan çıxıb

“Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevin həyat və elmi yaradıcılığına həsr olunan "Vaqif Məcid oğlu Fərzəliyev. Biobiblioqrafik göstərici” kitabı işıq üzü görüb. 

Biobiblioqrafik göstərici alimin 1962-2019-cu illər ərzindəki elmi fəaliyyətini əhatə edir. Nəşrə V.Fərzəliyevin Azərbaycan, rus, ingilis və digər dillərdə nəşr edilən kitabları, məqalələri, məruzələri, tezisləri, SSRİ müəlliflik şəhadətnamələri, patentləri və qazandığı qrant layihələri haqqında məlumatlar daxildir.

Kitab kimya üzrə elmi tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: