AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovun “Əbru sənəti və sirləri” kitabı işıq üzü görüb.
Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Əli Məmmədbağıroğlu, məsləhətçisi ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, "Ön söz"ün müəllifi isə filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.
Nəşrdə qədim əlyazma kitablarının bədii tərtibatının tərkib hissəsi olan əbru sənətindən, onun incəliklərindən, tarixindən, o cümlədən insan üzərindəki təsirlərindən bəhs olunub.
Qeyd edək ki, tədqiqatçı Z.Orucov incəsənətin bir növü olan əbru sənətinin Azərbaycanda hələlik yeganə ustadıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.