Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların müşahidəsi və tədqiqatı həyata keçirilir
12.03.2020 12:05
  • A-
  • A
  • A+

Batabat Astrofizika Rəsədxanasında parlaq ulduzların müşahidəsi və tədqiqatı həyata keçirilir

AMEA-nın Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında Günəş sisteminin cisimləri ilə bərabər, parlaq ulduzların müşahidəsi və tədqiqatı da həyata keçirilir.

Rəsədxanada cari ilin yay-payız mövsümündə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə birgə ulduzların tədqiqatı sahəsində geniş müşahidələrin aparılması nəzərdə tutulub.

Hazırda tədqiq edilməsi planlaşdırılan parlaq ulduzlar seçilib və onların müşahidə olunması üçün nəzəri və metodik üsullar işlənib hazırlanır.

Müşahidələrin aparılmasında və tədqiqat işlərinin yerinə yetirilməsində Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları ilə yanaşı, Rusiya Federasiyasının Şimali Qafqazda yerləşən TERSKOL Rəsədxanasının nümayəndələrinin də iştirakı nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: