Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub
30.03.2020 12:32
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyinin rəhbərliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasına qoşulub

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyi koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışlarına qoşulub.

Muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı bir aylıq əməkhaqqının bir hissəsini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Qeyd edək ki, muzeyin kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi əməl edir. Bu müddət ərzində muzeydə iki dəfə dezinfeksiya işləri aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: