Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir
06.04.2020 12:01
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunda magistrantlar üçün dərslər distant formada davam etdirilir

AMEA prezidentinin akademiya magistrantları üçün distant tədrisin təşkili barədə müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə İnformasiya Texnologiyaları İnstitutunda da martın 29-dan etibarən magistrantlar üçün dərslər distant qaydada tədris olunur.

Belə ki, institutun birinci kurs magistrantları üçün dərslər müvafiq cədvələ uyğun olaraq onlayn formada həyata keçirilir. İkinci kurs magistrantları isə elmi rəhbərlərin iştirakı ilə distant olaraq elmi-pedaqoji təcrübə keçirlər.

Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (“Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”) üzrə birinci kursda 8 nəfər, ikinci kursda isə 7 nəfər təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: