Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu gücləndirilmiş iş rejimdə işləyir
07.04.2020 14:07
  • A-
  • A
  • A+

RSXM-nin Zəlzələlərin tədqiqatı bürosu gücləndirilmiş iş rejimdə işləyir

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın respublika ərazisində karantin rejimi elan etməsindən sonra bir sıra dövlət qurumları ilə yanaşı, Nazirlər Kabinetinin rəsmi icazəsi ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) də məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini gücləndirilmiş iş rejimində davam etdirir.

Qeyd edək ki, RSXM ölkə ərazisində seysmoloji tədqiqatlar aparan yeganə dövlət təşkilatıdır. Mərkəzin hazırda 40 telemetrik seysmik stansiyası fəaliyyət göstərir. Həmin stansiyalardan məlumatlar peyk vasitəsi ilə birbaşa Zəlzələlərin tədqiqatı bürosuna ötürülür. Burda 35 ərazi və 5 regional seysmik stansiyanın məlumatları emal edilir. Hazırda stansiyalar və büro işi fasiləsiz olaraq “real vaxt” rejimində davam etdirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: