Alimlər müəyyən ediblər ki, rəsmi adı C/2019 Y4 olan, may ayında Yer kürəsindən adi gözlə görünməsinin mümkünlüyü güman edilən ATLAS kometinin nüvəsi parçalanmağa başlayıb.
popmech.ru saytının məlumatına görə, mütəxəssislər indiyədək onun parlaqlığının artdığını müşahidə etsələr də, 3 aprel tarixindən parlaqlığın azaldığını, 5 apreldən etibarən isə NEXT teleskopunun köməyi ilə kometin nüvəsinin parçalanması əlamətlərini aşkar ediblər.
Astronomlar güman edirlər ki, kometin nüvəsinin bundan sonra da parçalanmağa davam etməsi onun parlaqlığını daha da azaldacaq.