Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb
13.04.2020 16:23
  • A-
  • A
  • A+

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb

Öskürək, qızdırma, dad və ya qoxu itkisindən sonra COVID-19 virusunun əlamətlərinin diapazonu daha da genişlənib. Fransada dermatoloqlar son günlərdə səhiyyə sahəsində yuxarı instansiyaları dəri lezyonlarının yaranması fəsadları ilə bağlı xəbərdarlıq ediblər. 

lenta.ru saytı yazır ki, artıq ölkədə COVID-19 virusuna yoluxan xəstələrə əl və ayaq barmaqlarında qaşıntı, yaralar, qızartılar olması ilə bağlı suallar verirlər. Dermatoloji əlamət əsasən barmaqlarda təzahür olunur.

Həkimlər bildiriblər ki, günbəgün virusun necə inkişaf etdiyini aşkarlayırlar.

Fransa Dermatoloqlar Cəmiyyətinin prezidenti bildirib ki, dermatoloji əlamətlər çoxsaylı xəstələrdə, xüsusilə də gənc pasiyentlərdə aşkarlanıb. Qeyd edib ki, bu, virusun gecikmiş əlamətidir və elmi şəkildə təsdiq edilməlidir.

Dermatoloqlar həmkarlarının ehtiyatlı olması məqsədilə bu haqda xəbərdarlıq ediblər. Əlamət barədə COVID-19 virusuna qarşı kütləvi seroloji testlər zamanı daha ətraflı məlumat veriləcək.

  • Paylaş: