www.science.az
22.04.2020 12:15

Batmış gəmidə aşkarlanan tapıntılar qloballaşmanın ilk mərhələləri barədə məlumat verib

Artıq 7 onilliyə yaxındır ki, arxeoloqlar Şərqi Aralıq dənizində batmış gəmilərin qalıqlarının axtarışında idilər. Britaniya tədqiqatçıları ilk dəfə olaraq e.ə. III əsrdən eramızın XIX əsrinədək böyük bir dövr ərzində batmış gəmilərin qalıqlarını aşkar ediblər. Gəmilər Roma, erkən İslam və Osmanlı dövrlərinə aiddir.

Arxeoloqları gəmilərin anbarlarında aşkarlanan əşyalar olduqca təəccübləndirib. “Enigma Shipwrecks Project” layihəsinin iştirakçısı Şon Kinqslinin sözlərinə görə, bu, Aralıq dənizində aşkarlanan ən nadir tapıntılardan biridir. Ekspertlərin fikrincə, tapıntıların tədqiqi bütün tarixi yenidən yazmağa vadar edə bilər.

pcnews.ru saytının məlumatına görə, batmış gəmilərdən biri XVII əsrin Osmanlılara aid ticarət gəmisidir. Onun apardığı yük 14 müxtəlif mədəniyyətə aid yüzlərlə artefaktdan ibarətdir. Tədqiqatçılar hesab edir ki, Misirdən İstanbula və əksinə dövr edən gəmi təxminən 1630-cu ildə batıb. Bu gəminin yükü dünyada baş verən qloballaşma prosesinin başlanğıc tarixini “danışan” “zaman kapsulu”dur.

Gəmidə çoxlu sayda çini qablar (Çunçjen dövrünə aid 360 ədəd bəzəkli fincan, nəlbəki və şüşə qab) aşkarlanıb. Ehtimal olunur ki, bu dəst Şərqdə kofe içmək üçün istifadə olunub. 

Tapıntıları araşdıran tədqiqatçılar bildirib ki, Avropa mədənilik anlayışının burada yarandığını düşünür. Lakin kofe fincanlarının qalıqları və tütün sübut edir ki, Şərq mədəniyyətdən uzaq bir məkan olmayıb. Əksinə, ilk London qəhvəxanası 1652-ci ildə açılıb, bu isə tapıntılardan yüz il sonraya təsadüf edir.