Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

REA-nın akademiki koronavirus pandemiyasının dayandırılması üçün şərtləri açıqlayıb
24.04.2020 12:49
  • A-
  • A
  • A+

REA-nın akademiki koronavirus pandemiyasının dayandırılması üçün şərtləri açıqlayıb

Rusiyanın N.F.Hamalei adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin baş elmi işçisi, Rusiya Elmlər Akademiyasının (REA) həqiqi üzvü Feliks Yerşov koronavirus pandemiyasının dünya əhalisinin 70-80%-nin bu virusa yoluxduğu zaman bitəcəyini bildirib.

Akademikin sözlərinə görə, vaksin yaradılan zamanadək onun rolunu virusun sağlam daşıyıcıları – “simptomsuz” xəstələr yerinə yetirirlər. Məhz onlar cəmiyyətdə “kollektiv immuniteti” formalaşdırırlar.

poisknews.ru saytının məlumatına görə, bununla yanaşı, F.Yerşov əmindir ki, pandemiya artıq azalmağa doğru gedir. Onun proqnozuna görə, artıq payızda o, tamamilə aradan qalxacaq.

  • Paylaş: