Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb
09.05.2020 12:41
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq layihənin diplomuna layiq görülüb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl Rusiya Federasiyası Elmi İctimai Təşkilatının “İnterclover” beynəlxalq layihəsinin diplomuna layiq görülüb.

Tədqiqatçı-alim elmi-tədqiqat və tədris-metodiki müəssisə əməkdaşlarının, eləcə də ali məktəb müəllimlərinin iştirak etdiyi müsabiqəyə “Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində sözyaradıcılığı problemi” adlı ingilis dilindəki monoqrafiyasını layihə şəklində təqdim edib.

Beynəlxalq müsabiqənin bu günlərdə açıqlanan nəticələrinə görə Zülfiyyə İsmayıl dilçilik və ədəbiyyatşünaslıq sahəsində II dərəcəli diploma layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: