Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İnformasiya Texnologiyaları İnstitutunun magistrantları ilə distant görüş keçirilib
22.05.2020 13:35
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun magistrantları ilə distant görüş keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun magistrantlarının elmi fəaliyyətinin monitorinqi məqsədilə distant görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev, Təhsil şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, eləcə də qurumun magistrantları və elmi rəhbərlər iştirak ediblər.

Əvvəlcə 2019-2020-ci tədris ilində I kursda təhsilini davam etdirən magistrantlar distant dərslərdə iştirakları, apardıqları elmi-tədqiqat işləri haqqında məlumat veriblər. Həmçinin ikinci kursda təhsilini davam etdirən magistrantlar elmi fəaliyyətləri barədə danışıblar.

Daha sonra dissertasiya işlərinin tərtibatı, dərsə davamiyyət, tapşırıqların icrası və müdafiəyə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb, elmi rəhbərlər dissertasiya mövzularına dair rəy və təkliflərini bildiriblər. 

Akademik Rasim Əliquliyev magistrantlara tövsiyələr verərək, gəncləri elmi fəaliyyətlə məşğul olmağa, təhsillərini doktorantura pilləsi üzrə davam etdirməyə çağırıb. İnformasiya texnologiyaları sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı keçən, informasiya cəmiyyətinin müxtəlif istiqamətlərində elmi tədqiqatlar aparan gənclərə ehtiyac olduğunu deyən R.Əliquliyev onlara institutda mövcud olan elmi mühit və təcrübədən yararlanmağı tövsiyə edib.

Görüşdə tədris ilinin cari ilin iyun ayının 15-nə qədər davam edəcəyi və imtahan sessiyasının 1 ay müddətində nəzərdə tutulduğu qeyd olunub. Eləcə də, II kurs magistantların dissertasiya işlərinin müdafiəsinin cari ilin iyun ayında keçirələcəyi diqqətə çatdırılıb.

Qeyd edək ki, institutun magistraturasında ümumilikdə 3 ixtisas (“Kompüter elmləri”, “Kompüter mühəndisliyi” və “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”) üzrə birinci kursda 8, ikinci kursda isə 7 magistrant təhsil alır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: