Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasının onlayn iclası keçirilib
29.05.2020 16:29
  • A-
  • A
  • A+

“Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasının onlayn iclası keçirilib

AMEA-nın Neft və Qaz İnstitutunun “Neft və qaz geologiyası, geokimyası, geofizikası və geoekologiyası” elmi seksiyasının onlayn iclası keçirilib.

İclasda “Geokimya”, “Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatının geofiziki üsulları”, “Neft-qaz hövzələrinin geologiyası”, “Dəniz neft-qaz geofizikası” ixtisaslaşmaları üzrə institutda təhsil alan II kurs magistrantların yerinə yetirdikləri dissertasiya işlərinin ilkin müzakirəsi aparılıb.

Elmi seksiyada Səmədli Pünhan tərəfindən g.m.e.d., dos. Mayıs Babayevin rəhbərliyi ilə “Bakı arxipelaqının şimal hissəsinin palçıq vulkanlarının püskürmə məhsullarının geokimyəvi xüsusiyyətləri”, Cəvahir Rəcəbli tərəfindən g.m.e.d. Namaz Yusubovun rəhbərliyi ilə “Seysmik dalğa atributlarının interpretasiyası əsasında geoloji kəsilişin proqnozlaşdırılması”, Gülnarə Əlizadə tərəfindən g.m.e.d. Namaz Yusubovun rəhbərliyi ilə “Neft-qaz yataqlarının əmələ gəlməsində palçıq vulkanlarının rolu”, eləcə də Nurlana Quluyeva tərəfindən prof. Vaqif Qurbanovun rəhbərliyi ilə “Xızı sahəsində mezozoy hövzəsinin neft-qaz perspektivliyi” mövzularında dissertasiya işləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: