Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dilçilik İnstitutunun elmi katibi beynəlxalq onlayn forumda iştirak edib
29.05.2020 16:47
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun elmi katibi beynəlxalq onlayn forumda iştirak edib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Aynel Məşədiyeva Kanadanın Toronto şəhərində keçirilmiş “Elm. Təhsil. Təcrübə” adlı beynəlxalq onlayn universitet elmi forumunda iştirak edib, sertifikatla təltif olunub.

Beynəlxalq forumda Azərbaycanla yanaşı, Çin, Rusiya, Qazaxıstan və digər ölkələrdən dəvət olunmuş alimlər iştirak ediblər.

Tədbirdə A.Məşədiyeva “Türk dillərinin bəzi ikincili feili bağlamaların etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili”mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, türk dillərində ikincili feili bağlama şəkilçilərinin etimologiyasına dair türkoloqların baxışlarının tənqidi təhlili həmin şəkilçilərin təkamülünün tam mənzərəsini təqdim etməyə, türk dillərinin müasir və tarixi morfologiyası məsələlərini daha dərindən araşdırmağa, türk dillərinin qrammatik sistemində mövcud boşluqları doldurmağa imkan verir.

Məruzə forum iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: