Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Əlyazmalar yanmır” jurnalı beynəlxalq indeksləşdirmə bazasına daxil edilib
31.05.2020 13:49
  • A-
  • A
  • A+

“Əlyazmalar yanmır” jurnalı beynəlxalq indeksləşdirmə bazasına daxil edilib

ProQuest-ExLibris beynəlxalq təşkilatının (ABŞ-İsrail) “UlrichsWeb” indeksləşdirmə sistemi tərəfindən AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnalının qiymət­lən­dirilməsi işi tamamlanıb və jurnal adıçəkilən bazaya daxil edilib.

Artıq “Əlyazmalar yanmır” jurnalının buraxılış məlumatları və bütün nömrələri elektron şəkildə “UlrichsWeb” bazasına transfer olunub. Bu isə 80 ölkənin 7500-dən artıq elm və təhsil müəssisəsində, o cümlədən universitet, informasiya mərkəzi və kitabxanalarda jurnalın elektron versiyasından istifadəyə imkan verir.

Məlumat üçün bildirək ki, “UlrichsWeb” dünyanın ən geniş beynəlxalq elmi indeksləşdirmə baza­la­rından biridir. Hazırda bu bazada 90000 mənbə, 6 milyon rəqəmsal sənəd, o cümlədən son altı əsrdə (1450-ci ildən etibarən) hazırlanmış, nəşr olunmuş kitab və məqalələrin elektron variantı, son 3 əsrdə nəşr olunmuş qəzetlərin 20 milyon səhifəsi, 3 milyon dissertasiya, 450000 e-kitab və digər annotasiyalaşdırma, elmmetrik sistemlərin (“Web of Science” “ScienceDirect” və “WorldCat” bazaları), həmçinin Böyük Britaniya Kral arxivinin informasiya massivləri mühafizə olunur, abunə yolu ilə dünyanın aparıcı elm və təhsil müəssisələrinə təqdim edilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: