Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin fəallığının artırılması yolları müzakirə olunub
31.05.2020 13:57
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda elmi işçilərin fəallığının artırılması yolları müzakirə olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 31 may 2020-ci il tarixindən etibarən dövlət müəssisələrində çalışan işçilərin sayı ilə bağlı məhdudiyyət ləğv edildiyindən institutda da bütün əməkdaşların işə davamiyyəti bərpa olunub. O, qeyd edib ki, koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə müəssisədə tədbirlər gücləndirilib. Alim institut əməkdaşlarına iş yerində və ictimai nəqliyyatdan istifadə edərkən qoyulan qadağalara ciddi əməl etməyi tövsiyə edib.

V.Fərzəliyev müvafiq laboratoriya və şöbə rəhbərlərinə əməkdaşların işə davamiyyətinə, qoruyucu maska  və dezifenksiya vasitələrindən istifadə, eləcə də laboratoriyalarda sosial məsafə saxlanılması tələblərinə riayət etmələrinə nəzarət olunmasına dair tapşırıqlar verib.

İnstitut direktoru təhsilini başa vuran magistrantların dissertasiya işlərinin ilkin müzakirəsinin təşkili, əsas müdafiəyə hazırlığı ilə bağlı metodiki göstərişlərə əməl olunmasının vacibliyini qeyd edib.

O, həmçinin elmi işçilərin, gənc alim və mütəxəssislərin fəaliyyətinin genişləndirilməsi, dünya elminə inteqrasiya olunmaları üçün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində prioritet hədəflərin müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məqsədlə növbəti aydan etibarən hər bir laboratoriya kollektivi ilə ayrıca görüşlər təşkil olunacaq, həmin laboratoriyaların fəaliyyət istiqamətinə uyğun müzakirələr aparılacaq.

İclasda 2020-ci il üzrə yarımillik hesabatların hazırlığı vəziyyəti də müzakirə olunub. Gündəlikdə olan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: