Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalının adı dəyişdirilib
01.06.2020 14:41
  • A-
  • A
  • A+

İqtisadiyyat İnstitutunun “Elmi əsərlər” jurnalının adı dəyişdirilib

AMEA-nın İqtisadiyyat İnstitutunun Elmi şurasının qərarı ilə bu müəssisənin “Elmi əsərlər” jurnalının adı dəyişdirilərək “İqtisadi artım və ictimai rifah” adlandırılıb.

İnstitutun direktoru, professor Nazim İmanovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyəti də yenilənib. Jurnalın redaksiya heyətinə ölkənin tanınmış iqtisadçı alimləri ilə yanaşı, nüfuzlu xarici iqtisadçılar da daxil edilib.

Jurnalda Azərbaycan, ingilis, rus və türk dillərində elmi məqalələr, elmi informasiyalar, aktual tənqidi rəylər və tematik araşdırmalar dərc olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: