Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.06.2020 15:05
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının dissertasiya işləri müzakirə olunub

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun magistrantlarının dissertasiya işləri müzakirə olunub

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”, “Fiziki kimya”, “Neft-kimya proseslərinin riyazi modelləşdirilməsi” və “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisasları üzrə təhsil alan II kurs magistrantların dissertasiya işlərinin onlayn rejimdə ilkin müzakirəsi keçirilib.

Müzakirələr magistrantların elmi-tədqiqat işlərini apardığı şöbə əməkdaşlarının, elmi rəhbərlərinin və ixtisasçıların iştirakı ilə təşkil edilib. Hər bir magistrantın məruzəsi ətrafında geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilərək əsas müdafiəyə təqdim olunub.

Qeyd edək ki, II kurs magistrantların əsas müdafiəsi iyunun 25-də baş tutacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: