Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub
02.06.2020 09:30
  • A-
  • A
  • A+

“Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən “Müqəddəs zilhiccə bayramları” kitabı nəşr olunub.

Kitabda hicri-qəməri təqviminin zilhiccə ayına təsadüf edən müqəddəs bayramlar – Qurban bayramı, Qədir-Xum bayramı və Mübahilə bayramları haqqında, eləcə də bu bayramlara aid ayinlər, onların mahiyyəti barədə geniş məlumat verilib. Müxtəlif şairlərin, o cümlədən Şah İsmayıl Xətai, Şəhriyar, Misgin Abdalın həmin bayramlara həsr etdikləri şeirlərdən nümunələr kitaba daxil edilib.

Nəşrin müəllifi Həsən Hüseyni, redaktoru Vərağa Almasovdur. "Ön söz"ün müəllifi Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sona Xəyaldır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: