www.science.az
03.06.2020 09:46

Rusiyada payızda koronavirusa qarşı vaksinasiya başlamaq planlaşdırılır

Rusiya Federasiyası Baş Nazirinin müavini Dmitriy Çernışenko koronavirusa qarşı kütləvi vaksinasiyaya payızda başlanılmasının nəzərdə tutulduğunu bildirib.

ria.ru saytı xəbər verir ki, D.Çernışenko vaksinasiya üzərində işlərin tam sürətlə davam etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, mütəxəssislər payızda kütləvi vaksinasiyaya başlamağın mümkünlüyünü söyləyirlər. O, əlavə edib ki, hələlik insanlar infeksiya risklərini nəzərə almaqla yaşamağı öyrənməlidir.