www.science.az
04.06.2020 09:22

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün dərmanların siyahısını genişləndirib

Rusiya Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanların siyahısını genişləndirib.

ria.ru saytı xəbər verir ki, siyahıya “Favipiravir”, “Hidroksixloroxin”, “Mefloxin”, "Azitromitsin”, “Lopinavir”, “Ritonavir”, "Umifenpvir” və digər preparatlar daxil edilib. Tövsiyə olunan dərmanların yeni siyahısı Rusiya və xarici kliniki təcrübələrin nəticələri əsasında tərtib olunub.

Rusiya Səhiyyə Nazirliyi, həmçinin tibb müəssisələrinə daxil olan bütün pasiyentlərin testdən keçirilməsini tövsiyə edir.