Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Tədqiqlər” jurnalının 1 və 2-ci sayları nəşr olunub
19.06.2020 12:24
  • A-
  • A
  • A+

“Tədqiqlər” jurnalının 1 və 2-ci sayları nəşr olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təsisçisi olduğu “Tədqiqlər” jurnalının 2020-ci il üçün 1 və 2-ci nömrələri çapdan çıxıb.

Məcmuənin bu nömrəsində müasir Azərbaycan dili, dil nəzəriyyəsi, mətn sintaksisi və türk dillərinin tədqiqinə dair məqalələr əksini tapıb. Nəşrdə, həmçinin dilçi alimlərin yubiley yazıları yer alıb.

Jurnalın baş redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Şəkər Orucova, buraxılışa məsul şəxs isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayevdir.

Qeyd edək ki, “Tədqiqlər” jurnalı ildə dörd dəfə nəşr olunur. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: