Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı alim Türkiyədə keçirilən beynəlxalq onlayn konfransda məruzə edib
03.07.2020 12:45
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Türkiyədə keçirilən beynəlxalq onlayn konfransda məruzə edib

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri, r.ü.f.d., dosent Rəşad Məstəliyev Türkiyədə keçirilən "Riyazi tərəqqi və tətbiqlər" (ICOMAA-2020) mövzusunda III beynəlxalq onlayn konfransda iştirak edib.

Konfransın keçirilməsində əsas məqsəd riyaziyyat sahəsində prioritet məsələləri üzə çıxarmaq, informasiya texnologiyalarının sürətli inkişafını müasir elmin tələblərinə uyğun istiqamətləndirmək, əldə olunan mühüm elmi nəticələri müzakirə etmək və riyaziyyat sahəsinin tanınmış alimləri arasında əlaqələr qurmaqdır.

Rəşad Məstəliyev beynəlxalq tədbirdə "Problemin stoxastik həlli zamanı şərtlərin optimallığı" mövzusunda məruzə ilə çıxış edib. Məruzədə bir  sıra fiziki, iqtisadi prosessləri adekvat təsvir edən xətti İto stoxastik differensial tənliklər sistemi ilə ifadə olunan stoxastik optimal idarəetmə məsələsinin tədqiqindən bəhs olunub.

Məruzə konfrans iştirakçılarının marağına səbəb olub. Azərbaycanlı alim ona ünvanlanan çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: