Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Dilçilik İnstitutunun Mətbuat xidmətinin məlumatı
05.07.2020 15:11
  • A-
  • A
  • A+

AMEA Dilçilik İnstitutunun Mətbuat xidmətinin məlumatı

Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərilməsini xahiş etmişdir.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: