Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda yeni sürtkü kompozisiyalarının yaradılması istiqamətində elmi tədqiqatlar aparılıb
06.07.2020 15:04
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda yeni sürtkü kompozisiyalarının yaradılması istiqamətində elmi tədqiqatlar aparılıb

2020-ci ilin birinci yarısında AMEA-nın Aşqarlar Kimyası İnstitutunda müxtəlif təyinatlı sürtkü yağlarının, xüsusən motor yağlarının müasir texnikada istifadə olunan yeni növ analoqlarının yaradılması istiqamətində tədqiqat işləri aparılıb.

Bu tədqiqatlar əsasən mineral və müəyyən nisbətli sintetik baza yağları əsasında motor yağları üçün sürtkü kompozisiyalarının yaradılmasını əhatə edib. Eyni zamanda, işlənmiş yağların regenerasiya prosesindən alınan nümunələrindən baza yağı kimi istifadə etməklə sürtkü kompozisiyalarının hazırlanması üzərində işlənilib.

Müxtəlif funksional xassəli aşqarlardan ibarət xarici çoxfunksiyalı aşqar paketlərinin tədqiqi əsasında uyğun bir sıra dizel mühərrikləri üçün aşqar kompozisiyaları işlənib.

Həmçinin hesabat dövründə sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların hazırlanmasına dair tədqiqatlar aparılıb. Korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsasları işlənilib.

Bununla yanaşı, əvvəlki illərdə alınan aşqarlardan istifadə edərək “Shell” firmasının yağı ilə eyni səviyyədə olan motor yağı hazırlanıb. İnstitutda sintez edilən digər aşqarlardan istifadə edilməklə motor yağı üçün aşqar paketi hazırlanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: