Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib
14.11.2014 00:00
  • A-
  • A
  • A+

Cəlilabadda yeni arxeoloji materiallar aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad royununda arxeoloji tədqiqat işlərini başa çatdırıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundovun sözlərinə görə, tədqiqat işləri rayonun Üçtəpə kəndi ərazisində aparılıb. Burada Polutəpə qədim yaşayış yerində 6 min il bundan əvvələ aid maddi-mədəniyyət nümunələri-kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar, kiçik ölçülü fiqurlar aşkar olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: