Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Türkiyəli şairin kitabı Bakıda nəşr olunub
07.07.2020 13:47
  • A-
  • A
  • A+

Türkiyəli şairin kitabı Bakıda nəşr olunub

Türk dünyasının bir çox ədəbi simalarının əsərlərini türk dilinə tərcümə edən, ortaq türk ədəbiyyatının yaranmasına töhfə verən Kənan Çarboğanın "Turan eşqi" adlı şeir kitabı Bakıda nəşr olunub.

Nəşrin məsləhətçisi Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, redaktoru Dəyanət Osmanlıdır.

Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Bədirxan Əhmədlinin "Əsrimizin turan şairi" sərlövhəli təqdimatı ilə başlayır.

B.Əhmədli məqalədə Kənan Çarboğanın Əli bəy Hüseynzadə, Ziya Gökalp, Mehmet Emin Yurdakul, Əhməd bəy Ağaoğlu və Yusuf Akçura kimi böyük türk mütəfəkkirlərinin və ədiblərinin davamçısı olduğunu bildirir, şairin ədəbi zəkasından və geniş poetik coğrafiyasından bəhs edir. Bundan başqa, o, kitabın ilk dəfə türk dilində nəşr olunmasını bir yenilik kimi dəyərləndirir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: