Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edən kitab çapdan çıxıb
14.07.2020 11:55
  • A-
  • A
  • A+

Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edən kitab çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” kitabının I cildi nəşr olunub.

Azərbaycan Milli Elmlər Akademiyasının 75 illik yubileyinə ithaf olunan əsər bölmənin Rəyasət Heyətinin qərarı ilə çap olunub.

Üç cilddə nəzərdə tutulan kitabın birinci cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir. Belə ki, birinci fəsildə Azərbaycan ədəbiyyatının görkəmli simalarının dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir. İkinci fəsildə isə Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfələr verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər salınır.

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktoru olduğu yeni nəşr Azərbaycan ədəbi dilinin və dilçilik tarixinin tədrisində əhəmiyyətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: