www.science.az
04.08.2020 09:55

İngiltərədə COVID-19 üçün 90 dəqiqəlik testlər hazırlanıb

Koronavirus və qripi aşkarlaya bilən yeni 90 dəqiqəlik testlər gələn həftədən etibarən İngiltərə xəstəxanalarında əlyetərli olacaq.

BBC xəbər verir ki, pasiyentlərdən yerində yaxmanın götürülməsi və DNT testləri COVID-19 və digər mövsümi xəstəlikləri müəyyən etməyə kömək edəcək.

Səhiyyə naziri bu tədbirlərin qış mövsümünə hazırlıq istiqamətində müsbət nəticələr verəcəyini söyləyib. Bundan əlavə, sentyabr ayından etibarən, artıq Londonun 8 xəstəxanasında istifadəyə verilmiş, burun qişalarını analiz edə bilən minlərlə DNT test aparatı NHS (Milli Sağlamlıq Xidməti) xəstəxanalarında da quraşdırılacaq. Yaxın aylarda 5000 min aparat vasitəsilə 5,8 milyon test götürmək mümkün olacaq.