www.science.az
04.08.2020 12:37

COVID-19-a qarşı təbii vasitə

Beynəlxalq alimlər qrupu yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində istifadə olunan "Remdesivir" dərmanından daha təsirli olması qənaətinə gəliblər.

"Cell Discovery" jurnalında çap edilən nəticələrə əsasən, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin - heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.

Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə "Remdesivir" də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.

"Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər  biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.

Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək, hətta qarşısını almaq mümkündür", - deyə tədqiqatçılardan biri - professor Robert Linhardt bildirib.

news.en/science