www.science.az
04.08.2020 12:48

Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır

İspaniyalı alimlər ağız ətrafına püskürdülməklə koronavirusun yayılmasının qarşısını almaq imkanına malik sprey hazırlayırlar.

Bu barədə Elmi Tədqiqatlar üzrə Ali Şura (CSIC) məlumat verib.

Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxlaması təsdiq olunduğu təqdirdə ondan, həmçinin virusun başqa növləri ilə mübarizə məqsədilə istifadə olunacaq. Bu molekullar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.

Araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunun əməkdaşı Xulia Revueltanın sözlərinə görə, bu infeksiya ağız boşluğu-udlaqda başlayır. Ona görə də, spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçməsinə maneə yaradacaq və onun təsirini məhv edəcək.